.Teleqraf.com xəbər verir ki, mayın 10-da R.Qasımov şantaj olunması ilə bağlı Ağdam rayon polis şöbəsinə müraciət edib.

O, özünü jurnalist kimi təqdim edən Etibar adlı şəxsin ona zəng edərək, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib və ondan 150 manat pul verməsini tələb etdiyini bildirib.

Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə zəng edərək hədə-qorxu gəlməkdə şübhəli bilinən “Xəbər var” qəzetinin baş redaktoru Etibar Əliyev tutulub.

Etibar Əliyevin əvvəllər məhkum olunduğu bildirilir. Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov