Bakının Qaradağ rayonunda mağazadan oğurluq edən dəstə zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 5 nəfər tutulub.

Mütəşəkkil dəstənin üzvləri Bakı şəhər sakinləridir. Gənclərdən ibarət olan dəstə üzvləri ötən il oktyabrın 21-də rayon ərazisindəki mağazalardan birindən 6000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinirlər.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov