
Bakının Yasamal rayonu ərazisində iki ay əvvəl törədəilən cinayətin üstü açılıb.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, mayın 28-də M.Seyidov küçəsində yaşayan Nəzakət Nəsibovanın mənzilindən, qapının kilidini sındırmaqla qızıl-zinət əşyaları oğurlanıb. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 28-ci polis bölməsi və Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Babək rayon sakinləri, 1963-cü il təvəllüdlü Fikrət Əliyev və 1985-ci il təvəllüdlü Əli Əliyev tutulub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov