
Saatlı rayon sakininin kirayədə yaşadığı mənzilinə baxış zamanı silah aşkar olunub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Ələddin Qədirovun paytaxtın Yasamal rayonu ərazisində kirayədə yaşadığı mənzilinə baxış zamanı “Revolver” tipli tapança və 4 ədəd patron aşkar edilərək götürülüb.
Hacı Zeynalov