BAKI, 28 may. TELEQRAF
Albaniya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında paylaşım edib.
"Azərbaycanın Müstəqillik Günü münasibətilə Albaniya Azərbaycan xalqına və hökumətinə təbriklərini və ən xoş arzularını çatdırır. Ölkələrimiz arasındakı dostluğa böyük dəyər verir, əməkdaşlıq və tərəfdaşlığımızın daha da güclənməsini səbirsizliklə gözləyirik",- təbrikdə bildirilib.