BAKI, 30 aprel. TELEQRAF

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.