BAKI, 28 aprel. TELEQRAF
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Vatikana işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Vatikandakı səfirliyi "X" hesabında paylaşım edib.
Məlumata görə, E.Əmirbəyov Müqəddəs Taxt-Tacın Dövlət katibi (Baş nazir), kardinal Pietro Parolin və Dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katib (xarici işlər naziri), arxiyepiskop Paul Richard Gallagher ilə danışıqlar aparıb.
Müzakirələr Azərbaycan-Vatikan dövlətlərarası münasibətlərinə və bu münasibətlərin siyasi və humanitar sahələrdə uğurlu inkişafına həsr olunub.
Eləcə də Cənubi Qafqazda sülh və rifah perspektivləri, regional təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında müzakirələr aparılıb.