BAKI, 5 mart. TELEQRAF

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ölkəsindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına dron hücumu ilə əlaqədar açıqlama verib.

Teleqraf xəbər verir ki, bu barədə nazir müavini "AnewZ"a danışıb.

Aparıcının rəsmi Tehranın Naxçıvanın hücuma məruz qalması ilə bağlı mövqeyi barədə sualına cavab verən K.Qəribabadi hadisədən xəbərsiz olduğunu iddia edib: "Bu məlumatı ilk dəfə məhz sizdən eşidirəm".

Diplomat məsələnin araşdırılmasına ehtiyac olduğunu vurğulayaraq, İranın xarici siyasət kursuna toxunub: “Biz qonşu ölkələri hədəf almırıq”.