BAKI, 15 oktyabr. TELEQRAF
Berlində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniya Federal kanslerinin müşaviri Günter Sautter ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" hesabında paylaşım edib.
"Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olundu. Regionda yaranan yeni sülh dövrü ölkələrimiz arasında münasibətlərin, eləcə də Avropa İttifaqı ilə əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır", - paylaşımda deyilir.