BAKI, 22 avqust. TELEQRAF

Rusiya baş nazirinin müavini Aleksey Overçuk və onun azərbaycanlı həmkarı Şahin Mustafayev iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının protokolunu imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İmzalanma mərasimi komissiyanın Həştərxan şəhərində keçirilən 23-cü iclasından sonra baş tutub. Hər iki tərəfdən nümayəndə heyətlərinin tərkibinə Rusiya və Azərbaycanın nazirlik və qurumlarının, gömrük xidmətlərinin, bank sektorunun 40-dan çox nümayəndəsi daxildir.