BAKI, 19 avqust. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında ikitərəfli görüş üçün mümkün məkan kimi Cenevrəni təklif edib.
Teleqraf xəbər verir ki, o, bu barədə TF1 telekanalına müsahibəsində bildirib.
Fransa lideri jurnalistin sualına cavab olaraq görüşün “2019-cu ildə olduğu kimi” Parisdə keçirilməsi ehtimalını rədd edib. O qeyd edib ki, vəziyyət “fərqli mərhələdədir” və “neytral ölkə” tapmaq lazımdır.
"Mən görüş üçün İsveçrə, Cenevrənin tərəfdarıyam. Yaxud başqa ölkə olacaq. Sonuncu dəfə Türkiyədə, İstanbulda ikitərəfli məsləhətləşmələr keçirilib".