TBİLİSİ, 12 avqust. TELEQRAF
“Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı üçtərəfli format çox yaxşı nümunədir. Bu nümunə ölkələrin necə yaxşı əməkdaşlıq qura bilməsi baxımından son dərəcə önəmli örnəkdir”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelşvili Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
M.Kavelaşvili bildirib ki, regional əməkdaşlıq bölgənin təhlükəsizliyi baxımından son dərəcə əhəmiyyətlidir.
“Biz Azərbaycanla Ermənistan arasında bölgədə sabitliyə töhfə verəcək dayanıqlı sülhün qurulması istiqamətində atılan addımları alqışlayırıq. Gürcüstan bölgədə, Azərbayanla Ermənistan arasında sülhün bərqərar olmasına töhfə verməkdə davam edəcək”, - o əlavə edib.