TBİLİSİ, 12 avqust. TELEQRAF

“Azərbaycan və Gürcüstanla təsis etdiyimiz üçtərəfli formatdakı mexanizmlər vasitəsilə bölgədə sülh və iş birliyinə töhfə veririk”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan Prezidenti Mixeil Kavelşvili ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hər üç ölkənin xarici işlər nazirlərinin yaxın zamanlarda Türkiyənin ev sahibliyi ilə görüşü keçiriləcək.

Ərdoğan qeyd edib ki,Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri arasında da toplantının təşkili planlaşdırılıb.