BAKI, 22 iyul. TELEQRAF
Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramov Gürcüstana səfəri çərçivəsində sözügedən ölkənin prezidenti Mixail Kavelaşvili ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Qeyd olunub ki, görüş zamanı tərəflər Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq və yaxın dostluğu bir daha təsdiqləyərək, əsas sektorlar üzrə yüksək səviyyəli dialoqun və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.