BAKI, 3 iyul. TELEQRAF
“Rusiya-Azərbaycan münasibətlərinin dərin mənaları var”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Bu, bizim vahid dövlətin (SSRİ-ni nəzərdə tutur – red.) tərkibində olduğumuz tarixi dövr olub. Bu, bizim qarşılıqlı fəaliyyətimizin, insanlar arasındakı təmasların, öhdəsindən gəldiyimiz tarixi çətinliklərin dərin tarixidir”, - diplomat qeyd edib.
Zaxarova iddia edib ki, “belə bir ittifaq” müəyyən qüvvələrin qəzəbinə səbəb olur və ona müdaxilə etmək istəyirlər:
“Bunun baş verməsinə imkan verməməliyik. İstər beynəlxalq münasibətlər olsun, istər şəxsi həyat olsun, hər bir subyektlə qarşılıqlı əlaqədə problemli məsələlər var. Sual onları necə həll etməkdir. Əlbəttə, münasibətlərimizin vəziyyətinə uyğun olaraq bu məsələlərin həlli zərurətindən çıxış etməliyik”.
***
09:57
“Azərbaycan və Rusiyanın münasibətləri strateji müttəfiqlik xarakteri daşıyır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Xatırladım ki, münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır. Əlbəttə, bundan xoşu gəlməyən qüvvələr var”, - diplomat bildirib.