BAKI, 20 may. TELEQRAF
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Ruisya XİN rəhbəri səfər çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə danışıqlar aparacaq, regional məsələləri müzakirə edəcək. Həmçinin onun Baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla görüşü də gözlənilir.
Rusiya XİN-in məlumatına əsasən, gündəliyə ikitərəfli əməkdaşlığın geniş spektri, Avrasiya inteqrasiya birlikləri xətti üzrə qarşılıqlı fəaliyyət, beynəlxalq platformalarda mövqelərin koordinasiyası, ilkin olaraq BMT-nin mövqelərinin müzakirəsi daxildir.
Qeyd edək ki, Lavrov sonuncu dəfə İrəvana 2022-ci ilin iyununda səfər edib.