BAKI, 28 aprel. TELEQRAF
Bu gün İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri başlayır.
Teleqraf xəbər verir ki, bu, 120 nəfərlik nümayəndə heyəti ilə Azərbaycana gələcək Pezeşkianın ölkəmizə ilk səfəridir. Artıq Pezeşkian Azərbaycana yola düşüb.

İndiyə qədər bir neçə İran prezidenti Azərbaycana rəsmi səfər edib.
Əli Əkbər Haşimi Rəfsəncani (1989–1997)

1993-cü ildə Azərbaycana rəsmi səfər edib.
Məhəmməd Xatəmi (1997–2005)

2002-ci ildə Azərbaycanda rəsmi səfərdə olub.
Mahmud Əhmədinejad (2005–2013)
![]()
2007, 2010 və 2012-ci illərdə Azərbaycana səfər edib.
Həsən Ruhani (2013–2021)

2014 və 2018-ci illərdə Azərbaycana rəsmi səfərlər edib.
İbrahim Rəisi (2021–2024)

2024-cü ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevlə birgə tədbirdə iştirak etmək üçün Azərbaycana səfər edib. Səfər Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının açılışı ilə bağlı idi.
Səfərdən sonra İbrahim Rəisini Tehrana aparan helikopter qəzaya uğrayıb. O, bu qəzada həyatını itirib.