​BAKI, 25 aprel. TELEQRAF

"Bakıda olmaq çox gözəl hissdir".

Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan regionda Aİ üçün əhəmiyyətli tərəfdaşdır.

"Enerji təchizatımızın şaxələndirilməsi məsələsində bizə kömək etdiniz. Bu sahədə biz misli görünməmiş təhdidlərlə üzləşdik. Amma Azərbaycanın bizə dəstəyini xüsusilə vurğulamaq istəyirəm. Sizi COP29-a etdiyiniz uğurlu ev sahibliyinə görə təbrik etmək istəyirəm.

Minatəmizləmə işlərinə gəldikdə, biz sizə bu istiqamətdə kömək etmək istəyirik. Əlavə olaraq, biz Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüş zamanı ticarət əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün danışıqlar apardıq”, - Kaya Kallas söyləyib.