
BAKI, 12 aprel. TELEQRAF
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ermənistana sülhün bərqərar olunması ilə bağlı təşəbbüs göstərdi və bu istiqamətdə bir sıra addımlar atdı.
Teleqraf xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Antalyada keçirilən IV Diplomatiya Forumunda “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” panelində çıxışı zamanı deyib.
"Hazırda müəyyən razılaşmalar əldə olunub və sülh sazişi mətni hazırdır. Lakin bəzi məsələlər var, onlar da zamanla həll oluna bilər", - o qeyd edib.