BAKI, 14 mart. TELEQRAF

Azərbaycanın diplomatik nümayəndəlik və konsulluğuna xərclənən maliyyənin miqdarı bəlli olub.

Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Həmin vəsait hesabına xarici ölkələrdə fəaliyyət göstərən 84 diplomatik nümayəndəlik və konsulluqların saxlanılması və digər xərcləri üçün 196,2 mln. manat və Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndəliklərinin saxlanılması üçün 3,6 mln. manat vəsait yönəldilib.