BAKI, 10 fevral. TELEQRAF

"ABŞ prezidenti Donald Tramp rüsum tətbiq etməklə Avropa İttifaqının iqtisadiyyatına zərər vurmamalıdır, çünki bu, Amerikanın öz maraqlarına ziddir".

Teleqraf xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron "CNN" telekanalına müsahibəsində bildirib.

O, Avropanın ABŞ üçün müttəfiq olduğunu vurğulayıb.

"Əgər Tramp Aİ-nin təhlükəsizlik və müdafiəyə daha çox sərmayə qoymasını istəyirsə, o zaman Avropa iqtisadiyyatına tarifləri qaldırmaqla zərər verməməlidir", - Fransa prezidenti deyib.

Fransa prezidenti qeyd edib ki, anti-Avropa tariflərinin tətbiqi ABŞ-nin özündə də inflyasiya və qiymətlərin artmasına səbəb olacaq. Makron ABŞ-nin əsas probleminin Avropa İttifaqı deyil, Çin olduğuna diqqət çəkib.