BAKI, 22 may. TELEQRAF

2020-ci ilin noyabr ayından etibarən bu günə qədər azad edilmiş bölgələrdə ümumilikdə 270 min hektar ərazi minalardan tamamilə təmizlənərək təhlükəsiz vəziyyətə gətirilib.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Münaqişədən sonrakı şəhər bərpası: Hümanitar minatəmizləmə fəaliyyətinin kritik rolu" adlı tədbirdə deyib.

O qeyd edib ki, bütün çətinliklərə və qarşıda duran maneələrə baxmayaraq, agentlik və tərəfdaşlar tərəfindən intensiv fəaliyyət davam etdirilir.