BAKI, 17 may. TELEQRAF

“WUF13 biznes müəssisələri üçün yeni imkanlar yaradır, praktik həll yolları tapılır”.

Teleqraf xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində deyib.

O bildirib ki, bu tərəfdaşlıq inklüziv davamlılığı bir araya gətirir və forum bu baxımdan vacib platformadır:

“Müxtəlif assambleyalar cəmiyyətin fərqli təbəqələrini təmsil edir. Qadınların, könüllülərin bir araya gəlməsi vacibdir. İnanırıq ki, inklüziv və real şəhərsalma yalnız cəmiyyətin bütün üzvlərinin iştirakı ilə mümkündür”.

Anar Quliyev qeyd edib ki, qadınlar dayanıqlı şəhərsalma proqramlarında mühüm rol oynayırlar:

“Bu gün qadınlar mühüm təşəbbüslərdə ön sıralardadır. Uzun illərdir qadınların daha dayanıqlı şəhərsalma proqramlarında iştirakını müşahidə edirik. Onlar bu prosesdə həssas təbəqələrin maraqlarını da təmsil edirlər”.