BAKI, 7 sentyabr. TELEQRAF
Binalar qlobal iqlim dəyişikliyi çərçivəsində enerji istehlakının və emissiyaların mühüm mənbəyidir.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi, Enerji səmərəliliyi departamentinin müdiri Hüseyin Namık Sandıkçı BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransı çərçivəsində təşkil edilən "Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması" adlı dəyirmi masada çıxışında deyib.
O bildirib ki, bu, həmçinin həllin də əsas hissəsidir.
"Türkiyədə uzun illərdir bina sektorunun transformasiyası və bu sahədəki qanunvericiliyin təkmilləşdirilməsi üzərində intensiv şəkildə işləyirik. Nazirlik olaraq bina sektorunda hərtərəfli bir dönüşümü həyata keçiririk. Davam edən işlərimiz arasında ən önə çıxan mövzular həyat dövrü analizini siyasətimizə inteqrasiya etmək və mövcud bina fondumuzu enerji səmərəliliyi baxımından yenidən qurmaqdır. Sektorda transformasiyanı, enerji dönüşümünü həyata keçirə bilmək üçün beynəlxalq əməkdaşlıqların bütün potensialını hərəkətə keçirməyin əhəmiyyətini bilirik. Əlçatan və uzunmüddətli iqlim maliyyələşdirilməsinə, ölkələr arası güclü tərəfdaşlıqlara, məlumat mübadiləsinə və bütün tərəflərin ortaq qətiyyətinə ehtiyac var", - o vurğulayıb.