BAKI, 3 sentyabr. TELEQRAF

Avropa İttifaqı mina fəaliyyəti sahəsində Azərbaycan üçün etibarlı və uzunmüddətli tərəfdaş olaraq qalır.

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında deyib.

“Humanitar minatəmizləməni təhlükəsiz yaşayış məntəqələrinin və bərpa prosesinin mərkəzinə yerləşdirən səyləri dəstəkləmək öhdəliyimizi davam etdiririk.

Birlikdə vaxtilə təhlükə ilə işarələnmiş torpaqların qayıdış, yenilənmə və imkanlar məkanına çevrilməsinə kömək edə bilərik”, - deyə o əlavə edib.