BAKI, 3 sentyabr. TELEQRAF

Biz Azərbaycanın təcrübəsindən öyrənmək üçün Bakıdayıq.

Teleqraf xəbər verir ki, bu barədə Liviyanın mənzil və tikinti nazirinin müşaviri Fathi Benfares jurnalistlərə açıqlamasında deyib.

“İdiyə qədər Liviyaya bənzər ölkələrin mina fəaliyyətinə göstərilən beynəlxalq dəstəyi kifayət etdiyini düşünmürəm. Bizə daha çox dəstək, BMT-nin İnkişaf Proqramı (UNDP) və minatəmizləmə sahəsində fəaliyyət göstərən digər qurumların daha çox təcrübəsi lazımdır.

Avropa İttifaqı, UNDP və beynəlxalq ictimaiyyət və istənilən digər tərəfdən kömək lazımdır. Çünki Azərbaycanın ərazisində bəzi partlayıcı sursatları aşkar etmək və zərərsizləşdirmək həqiqətən çox çətindir”.