BAKI, 24 avqust. TELEQRAF

Bu ilin yanvar-iyul aylarında əlilliyi olan 85 min şəxs reabilitasiya xidmətləri ilə təmin edilib.

Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 45,2 min şəxsə ambulator, 20,9 min şəxsə stasionar və icma əsaslı, digər şəxslərə isə səyyar, onlayn və sosial-psixoloji istiqamətlər üzrə reabilitasiya xidmətləri göstərilib.

Reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, robotik və sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya və rəqs terapiyası kimi metodlardan da istifadə olunur.

Müəssisələrdə stasionar və ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya və səyyar formada xidmətlər də göstərilir.