BAKI, 23 avqust. TELEQRAF
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü, Xalq artisti Şükufə Yusupovanın vəziyyəti ağır olaraq qalır.
Bu barədə TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, 1954-cü il təvəllüdlü pasiyentin müalicəsi Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində davam etdirilir və vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, Ş.Yusupova avqustun 21-də yol qəzası keçirib.