BAKI, 22 avqust. TELEQRAF

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) dəfn edilib.

Teleqraf xəbər verir ki, mərhumun nəşi Yasamal qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb.

***

12:40

Ötən gecə müalicə aldığı xəstəxanada vəfat edən əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.

Teleqraf xəbər verir ki, mərasimdə səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak edir.

“Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, “Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu və Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Nurani haqqında xatirələrini bölüşüb, onun Azərbaycan mətbuatında nadir analitik imza olduğunu vurğulayıblar.

R.Arifoğlu Nuraninin müalicə xərclərini qarşıladığına görə birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Nurani onkoloji xəstəlikdən əziyyət çəkirdi.