BAKI, 21 avqust. TELEQRAF
Son aylarda müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdən daha 20-dək şəxsin reabilitasiya potensiallarının reallaşdırılmasına nail olunub.
Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Vətən müharibəsindən sonrakı dövr ərzində isə qazilərdən 320-dək şəxs tam reabilitasiya olunaraq əvvəlki sağlamlıqlarına qovuşub və əlillikləri ləğv olunub.
Hazırda digər qazilərin də reabilitasiya vasitəsilə sağlamlıqlarının bərpası istiqamətində işlər aparılır.