BAKI, 3 avqust. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Füzuli rayonunun Böyük Bəhmənli kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.