BAKI, 3 avqust. TELEQRAF
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz-Qazax Regional İdarəsinə yeni rəis təyin olunub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, bu vəzifəyə Qüdrət Əliyev gətirilib.
Bu təyinata qədər Qüdrət Əliyev Şəmkir Rayon İcra Hakimiyyətində referent, böyük referent, Şəmkir rayon təhsil şöbəsinin müdiri vəzifələrində çalışıb.