BAKI, 1 avqust. TELEQRAF
Azərbaycanda itkin düşmüş kimi axtarışda olan 7 nəfər tapılıb.
Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, iyulun 31-də polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ailə üzvlərinə xəbər vermədən yaşadıqları ünvanı tərk edən 7 nəfərin yeri müəyyən edilib.