BAKI, 15 iyul. TELEQRAF
İyulun 16-da Bakıda və Abşeron yarımadasında, 16-18-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Füzuli, Quba, Qusar, Şabran, Siyəzən, Xızı, Xaçmaz, Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Balakən, Qax, Zaqatala, Şəki, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Goranboy, Naftalan, Samux, Gəncə, Mingəçevirdə isə sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.