BAKI, 15 aprel. TELEQRAF
“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilib.
Teleqraf-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanda öz əksini tapıb.
Belə ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində “və avaralıqla (o cümlədən dilənçiliklə)” sözləri “, avaralıq və dilənçiliklə” sözləri ilə əvəz edilib.
Qanunun həmin maddəsində cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri təbliğ edən informasiyaların – uşaqları fahişəlik, qumar və avaralıqla, dilənçiliklə məşğul olmağa, milli və əxlaqi dəyərlərə qarşı təhqiredici əməllər, eləcə də şəxslərin hüquqlarını pozan digər əməllər törətməyə həvəsləndirən məlumatların yayılması qadağan olunur.