GÖYGÖL, 30 may. TELEQRAF

Göygöl rayonunda sürücü idarəetməni itirərək avtomobilini reklam lövhəsinə çırpıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Gəncə - Göygöl magistral avtomobil yolunda qeydə alınıb.

Azər Verdiyev "Ceat" markalı maşını yüksək sürətlə idarə edərkən maşını reklam lövhəsinə çırpıb. Hadisə yerinə yol polis əməkdaşları cəlb olunub.

Qəzanın dəqiq səbəbləri araşdırılır.