BAKI, 30 may. TELEQRAF

Mayın 31-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, bu, dumanlı hava şəraiti ilə əlaqədardır.