BAKI, 5 aprel. TELEQRAF
Bakının Suraxanı rayonunda kanalizasiya xəttində yaranmış tıxanma nəticəsində ətrafa dolan yağış sularının kənarlaşdırılması təmin edilib.
Teleqraf xəbər verir ki, Zığ qəsəbəsinin İdris Süleymanov küçəsində yerləşən 200 mm-lik kanalizasiya xəttində həddindən artıq yüklənmə səbəbindən tutulma baş verib. Hadisə nəticəsində yağış suları küçəyə və ətraf ərazilərə dolub.
Suraxanı Rayon Sukanal İdarəsinin əməkdaşları dərhal əraziyə cəlb olunub. Xüsusi texnika və avadanlıqlar vasitəsilə xəttdəki tıxanma qısa müddətdə aradan qaldırılıb, toplanmış su həcmi ərazidən kənarlaşdırılıb.