SUMQAYIT, 4 aprel. TELEQRAF
Sumqayıt şəhərində dəm qazından zəhərlənmə ilə bağlı baş verən hadisə azyaşlının ölümü ilə nəticələnib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə iki gün əvvəl şəhərin Xəzri bağları ərazisində qeydə alınıb.
Belə ki, çoxuşaqlı ailənin 6 üzvü yaşadıqları evdə dəm qazından zəhərlənib və onlar dərhal xəstəxanaya çatdırılaraq tibbi yardım alıblar.
Müalicədən sonra azyaşlılar evə buraxılsa da, zəhərlənənlərdən biri – 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnətin qəfil vəziyyəti pisləşib. Körpə yenidən xəstəxanaya yerləşdirilib.
Həkimlərin göstərdiyi tibbi yardıma və aparılan müayinələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.