BAKI, 17 fevral. TELEQRAF

Bakıda həyat yoldaşı və uşaqlarına qarşı zorakılıq edən şəxs məsuliyyətə cəlb olunub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində ailə üzvlərinə qarşı zorakılıq hərəkətləri törətməkdə şübhəli bilinən 41 yaşlı Asif Abbasov müəyyən olunub.

O, saxlanılaraq inzibati qaydada həbs edilib.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bir müddət əvvəl Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Kəmalə Aşumova narkotik asılılığı olan atanın qızına cinsi zorakılıq etməklə hədələdiyini bildirmişdi.