BAKI, 19 yanvar. TELEQRAF

2025/2026-cı tədris ilinin əvvəlinə Azərbaycanda bakalavr və magistrlərin (rezidentlərin) hazırlanmasını həyata keçirən dövlət və qeyri-dövlət ali təhsil və tibb müəssisələrində təhsil alan ölkə vətəndaşlarının sayı 261,6 min nəfər olub. Onların da 51,6 faizini qadınlar təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Əvvəlki tədris ili ilə müqayisədə tələbələrin sayı 15,1 min nəfər və ya 6,1 faiz artıb.

Qeyd olunub ki, ölkədə fəaliyyət göstərən 64 orta ixtisas təhsili müəssisəsində 65,8 min tələbə təhsil alıb, onların 63,8 faizini qadınlar təşkil edib.