BAKI, 12 yanvar. TELEQRAF

"Fasiləsiz su təminatı ilə bağlı bizim əsas hədəflərimiz 95 faizə çatmaqdır".

Teleqraf xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib.

O qeyd edib ki, içməli su şəbəkəsinin genişləndirilməsi və su itkilərinin Avropa standartlarına uyğunlaşdırılaraq 20 faizə qədər endirilməsi, içməli suda sayğaclaşmanın 100 faizə çatdırılması və çox vacib olan içməli suyun keyfiyyət göstəricisinin təkmilləşdirilməsi əhalimizə sağlam suyun verilməsini təmin etməyimizə imkan yaradacaq.

"Bu sistem böyüdükcə təbii ki, idarəetmə sistemlərinin müasirləşdirilməsi də çox vacibdir".