GÖYGÖL, 6 yanvar. TELEQRAF

Göygöl rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini və baş məsləhətçi ştatlarını ğv edib.

Teleqraf-ın Qərb bürosunun əldə etdiyi məlumata görə, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini İlqar Məmmədov Tülallar kənd icra nümayəndəsi, həmin şöbənin baş məsləhətçisi Fuad Məmmədov isə Balçılı kənd icra nümayəndəsinin müavini vəzifəsinə təyin olunub.

Eyni zamanda sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində çalışan məsləhətçi Zaur Mustafayev də ixtisara düşənlər arasındadır.

İcra Hakimiyyətində baş mütəxəssis vəzifəsində çalışan İlhamə Verdiyeva ixtisara düşərək işdən azad olunub, ona yeni iş yeri təklif edilməyib.

Qeyd edək ki, Vüqar Novruzov 2025-ci ilin noyabr ayında Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.