BAKI, 31 dekabr. TELEQRAF

Məşhur qəhvə brendi olan “Starbucks” şirkəti ABŞ-də 400 filialını bağlamaq qərarı verib.

Teleqraf xəbər verir ki, şirkətin baş icraçı direktoru Brayan Nikkol mağazaların bir-birinə çox yaxın yerləşdirilməsinə qarşı olduqlarını bildirib.

Onun sözlərinə görə, şirkət artıq böyük şəhərlərdə sıx filial strategiyasından imtina edir.

"Starbucks" uzun illər Nyu-York, Los-Anceles və ABŞ-nin digər iri şəhərlərində "hər yerdə görünən" brend olmaq məqsədi ilə sürətlə genişlənib.

Artan rəqabət, onlayn işin yayılması və yüksələn xərclər səbəbindən şirkət strategiyasını dəyişmək yolu seçib.