BAKI, 25 dekabr. TELEQRAF

"Təhsil tələbə kreditləri üzrə 64 milyon manatdan çox vəsait xərclənib".

Teleqraf xəbər verir ki, bu sözləri Təhsil Tələbə Krediti Fondu İdarə heyətinin sədri Bəhruz Əzimov fondun 4 illik fəaliyyətinə dair hesabatında deyib.

O bildirib ki, təhsil tələbə kreditləri respublikanın bütün bölgələrini əhatə edir və region gənclərinin ali, orta ixtisas və peşə təhsili almaq imkanlarını artırır:

“Bu günədək təhsil tələbə kreditləri üzrə 64 milyon manatdan çox vəsait xərclənib. Vəsaitlərin təxminən 39 milyon manatdan çoxu standart, 25 milyon manatdan çox hissəsi isə sosial təhsil tələbə kreditlərinin payına düşüb”.