BAKI, 3 noyabr. TELEQRAF

3–7 noyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının Pirəkəşkül poliqonu və Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, partlayış səsləri ilə bağlı əhali təşvişə düşməməyə çağırılır, narahatlıq üçün heç bir əsas yoxdur.