QAX, 29 avqust. TELEQRAF

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Natiq Zeynal oğlu Kərimov Qax rayonunun Oncallı kəndində dəfn olunub.

Teleqraf xəbər verir, mərasim şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Natiq Kərimov 1993-cü il aprelin 2-də Füzuli rayonunun Qacar kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb. Nəşinin qalıqları Xocavənd rayonunda tapılıb.

15:52

Qax rayonunun Oncallı kəndində Birinci Qarabağ müharibəsinin itkin şəhidi Natiq Zeynal oğlu Kərimovla vida mərasimi keçirilir.

Teleqraf xəbər verir, vida mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Natiq Kərimov 1971-ci il avqustun 3-də anadan olub. 1993-cü il aprelin 2-də Füzuli rayonunun Qacar kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun nəşinin qalıqları Xocavənd rayonunun Zoğalbulaq kəndində tapılıb.

Şəhidin nəşinin qalıqları Oncallı kənd qəbiristanlığında dəfn olunacaq.