
LƏNKƏRAN, 14 iyun. TELEQRAF
İrandan təxliyə edilən xarici ölkə vətəndaşlarından 3-cü qrupu Astara Sərhəd-keçid məntəqəsindən Azərbaycan ərazisinə daxil olub.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, onlar əsasən Qətər vətəndaşlarıdır.
Bundan öncə isə səhər saatlarında Qazaxıstanın 6, Rusiya Fedarasiyasının isə 90-a yaxın vətəndaşı ölkə ərazisinə daxil olaraq, aidiyyatı üzrə yola salınıb. Təxliyə edilmiş xarici ölkə vətəndaşlarının daşınması üçün Azərbaycan hökuməti tərəfindən 5 avtobus ayrılıb.
Qeyd edək ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün yardım istəyib. Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq, həmin şəxslərin təxliyəsi üçün şərait yaradır.