BAKI, 3 iyun. TELEQRAF
"Torpaqlarımızın işğaldan azad olunmasına və itkin şəhidlərimizin nəşinin tapılmasına görə Prezidentimiz İlham Əliyevə təşəkkürümü bildirirəm. 32 il idi ki, həsrətlə qardaşımın yolunu gözləyirdik".
Teleqraf xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Sahil İbrahimovun qardaşı Cəmil İbrahimov jurnalistlərə açıqlamasında deyib.
"Bu gün qardaşımın nəşini gətirib dəfn etdik, həsrətimiz sona çatdı. Bu, bizim üçün bir şükran günüdür. Bu işlərin görülməsində, kədərli, ağrılı-acılı günlərimizdə bizə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Vətən uğrunda döyüşüb ölən şəhid şərəf ünvanıdır. Bütün şəhidlərə Allahdan rəhmət diləyirəm. Məkanları cənnət olsun", - Cəmil İbrahimov deyib.