BAKI, 31 may. TELEQRAF
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən “Açıq qapı" günü Fövqəladə Hallar Nazirliyinin bütün regionlarında təşkil olunub.
Teleqraf xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin əməldaşı Məhbubə Mustafayeva jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, tədbir regionlardakı şəhid övladları üçün nəzərdə tutulub:
“Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, “Açıq qapı" günündə 700-ə yaxın uşaq iştirak edib. Tədbirə FHN-nin Cənub Regional Mərkəzində start verilib. Sonuncu tədbir də bu gün Bakı Regional Mərkəzində keçirilir. Bu tədbirə Suraxanı, Pirallahı və Xəzər rayonlarıdakı şəhid övladları cəlb olunublar”.